May 31, 2015 09:03 Asia/Baku
  • Şəmxani: Amerikalılar islam ölkələrini parçalamağı planlaşdırıblar
    Şəmxani: Amerikalılar islam ölkələrini parçalamağı planlaşdırıblar

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təkfirçi və terrorçu qruplaşmaların dəfələrlə gərginlik və böhranı İran sərhədlərinə çəkməyə cəhd göstərdiklərini, amma buna qadir olmadıqlarını bildirib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ötən gecə İran televiziyasında " Bir Baxış " proqramında deyib: Regionda baş qaldıran ifratçılıq hegemonçuluq quruluşu və beynəlxalq sionizmin müştərək məhsuludur. Bunda məqsəd, müqavimət cəbhəsinin məhv edilməsi və ya zəiflədilməsidir.
Əli Şəmxani təkfirçi terrorçuların İran sərhədləri yaxınlığındakı fəaliyyətlərinin genişlənməsinə işarə edərək, deyib: Buna baxmayaraq, İranın tam ayıq və yüksək döyüş qabiliyyətinə malik olmasına görə, bu qruplaşmalar İran ilə üzləşməyə, İranın daxilinə sızmağa cürət etmirlər.
Şəmxani Ərəbistanın ötən iki ayda Yəmənə olan hücumları barədə də deyib: Çoxlu sayda çətinliklərin olmasına rəğmən, bu gün inqilabçı qruplar ordu ilə birlikdə Yəmənin istənilən nöqtəsinə nəzarəti təmin ediblər. Amma bunun müqabilində Ərəbistan Yəmən xalqını qırğın etməsinə görə, çıxılmaz vəziyyət ilə üzləşib, Yəmən və region ölkələri xalqlarının nifrətinə, qəzəbinə tuş gəlib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi sonra deyib: İraq və digər islam ölkələrini parçalamaq planı ABŞ-ın beyin mərkəzlərindən qaynaqlanır. Co Bayden və Kissincer bu nəzəriyyəni təsdiq edirlər.
Şəmxani əlavə edib: Onlar Yaxın Şərqdə 44 milli azlığın olduğunu deyirlər və bu azlıqları parçalamaqla çoxluqda qalan azlıq yəhudilər olacaq. Buna görə də onlar islam ölkələrini parçalamaq niyyətindədirlər.
Şəmxani sonda deyib: Hazırkı həssas şəraitdə şiə və sünni alimlər regionda cərəyan etməkdə olan soyqırımını önləmək üçün bir tədbir görməlidirlər və biz də bu fitnəyə son qoymağa kömək edərik.

Teqlər