May 31, 2015 09:25 Asia/Baku
  • İraqçı: Nüvə müzakirələrindəki ixtilaflar hələ də qalır
    İraqçı: Nüvə müzakirələrindəki ixtilaflar hələ də qalır

İran İslam Respublikası xarici işlər nazirinin müavini İran və ABŞ xarici işlər nazirləri arasında baş tutan müzakirələrin ardınca deyib: Yekun anlaşma sənədinin mətni ilə bağlı ixtilaflar hələ də öz həllini tapmayıb.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Abbas İraqçı şənbə günü deyib: İki ölkənin xarici işlər nazirləri bir daha Cenevrədə görüşərək, bütün mövzuları kamil formada nəzərdən keçiriblər. Buna baxmayaraq, ixtilaflar və fikir ayrılıqları hələ də qalır.
İraqçı deyib: Qərara alındı ki, müzakirələrin növbəti turu cari həftənin cümə axşamı günü müavinlər və ekspertlər səviyyəsində Vyanada davam etdirilsin. İranın nüvə müzakirə heyəti də bu müzakirələrin başa çatmasından sonra Cenevrəni İran istiqamətində tərk edəcək.

Teqlər