Çin və Rusiyanın siyasi və hərbi müttəfiqliyi ABŞ üçün böyük məğlubiyyətdir
https://azeri.sahartv.ir/news/dünya-i194400-Çin_və_rusiyanın_siyasi_və_hərbi_müttəfiqliyi_abŞ_üçün_böyük_məğlubiyyətdir
Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Pekin və Moskva arasında hərbi və siyasi müttəfiqliyi ABŞ üçün ən böyük məğlubiyyət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2015 03:57 Asia/Baku
  • Çin və Rusiya prezidentləri
    Çin və Rusiya prezidentləri

Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Pekin və Moskva arasında hərbi və siyasi müttəfiqliyi ABŞ üçün ən böyük məğlubiyyət adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının Rusiya əl-Youma istinadla verdiyi məlumata görə, Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Aleksey Puşkov deyib: Amerikanın xarici siyasətinin əsasları baxımından Pekin və Moksva arasında eyni anda çəkişmə qadağan olunmuş məsələ hesab olunur. Çünki bu çəkişmə Birləşmiş Ştatların mənafeyi üçün mənfəətsiz və təhdid xarakterlidir.
Puşkov əlavə edib: Bu baxımdan Rusiya və Çin arasında müttəfiqliyin yaranması ABŞ üçün Əfqanıstan, İraq və Liviyadakı məğlubiyyətdən daha ağır məğlubiyyətdir.
Rusiya Dövlət Dumasının nümayəndəsinin qənaətincə, Rusiya və Çinin əvəzedici koalisiyaya çevrilməsi Amerika və müttəfiqlərinin strateji mövqeyinə birbaşa təsir göstərəcəkdir.