İyun 01, 2015 09:52 Asia/Baku
  • Amerika polisi
    Amerika polisi

ABŞ mediaları ifşa ediblər ki, Amerika polisi orta hesabla hər gün iki nəfəri qətlə yetirir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Vaşinqton Post qəzeti məlumat verib ki, yanvar ayından indiyə qədər ən azı 385 nəfər polis məmurları tərəfindən öldürülüb. Bu isə gündəlik iki nəfərdən çox deməkdir.
Fedral səviyyədə bu barədə tam statistikaların olmadığına görə, Amerikada insan ölümü halları barədə araşdırma aparan Vaşinqton Post qəzeti bildirib: Bu rəqəm rəsmi məlumatlardan qat-qat çoxdur. Çünki Amerikada təxminən 17 min yerli və əyalət polis mərkəzinin insan ölümləri barədə statistikaları yaymaq vəzifəsi yoxdur.
Sabiq polis rəislərindən Cim Boerman bu qəzetə verdiyi müsahibədə bildirib: Belə ölümlər haqqında yetərli informasiya verilmir.
Boerman hazırda qeyri-hökumət təşkilatının rəhbəri olaraq qanunların icrasının yaxşılaşdırılmasına çalışır.
O deyib: bu məlumatların dəqiq toplanılmasına başlanılmadığı halda, polisin qətlə yetirdiyi insanların sayı azalmayacaq.

Teqlər