İyun 03, 2015 14:24 Asia/Baku
  • Pakistan NPT-ni imzalamır
    Pakistan NPT-ni imzalamır

Pakistan xarici işlər nazirinin müavini deyib ki, bu ölkə Nüvə Silahlarının Yayılması Qadağası Paktını imzalamayacaq.

Daven xəbər portalının məlumatına görə, Amerikada səfərdə olan Pakistan xarici işlər nazirinin müavini Ezaz Məhəmməd Çudri dünən deyib ki, bu müahidə ayrı-seçkilik mahiyyətlidir və Pakistan bu sahədəki haqqını müdafiə edəcək.
NPT-nin yenidən nəzərdən keçirilməsi konfransı bu müahidənin əsasları barədə danışıqlar və yekun icraolunlmalı bir sənədin əldə olunması üçün beş ildən bir BMT-nin əsas iqamətgahında keçirilir.
ABŞ, İngiltərə, Rusiya, Fransa, Çin, Hindistan, Pakistan və Şimali Koreya nüvə silahlarına malikdirlər.
Hindistan, Pakistan, Şimali Koreya və İsrail NPT-ni imzalamayıblar.
Bu konfrans mayın 29-dək bir ay müddətinə Nyu-Yorkda keçirilib.

Teqlər