İyun 03, 2015 14:26 Asia/Baku
  • Obama ABŞ təhlükəsizlik orqanlarının yeni casusluq qərarını imzalayıb
    Obama ABŞ təhlükəsizlik orqanlarının yeni casusluq qərarını imzalayıb

ABŞ prezidenti bu ölkənin təhlükəsizlik orqanlarının yeni casusluq qərarını imzalayıb.

Fars xəbər agentliyinin məlumatına görə, Amerika Senatındakı çəkşmələrdən sonra bu ölkə prezidenti "Azadlıq qanunu" qərarını imzalayıb ki, bu ölkənin təhlükəsizlik orqanları öz nəzarət və dinləmə planlarını əlbəttə, daha məhdud ixtiyarlarla davam etdirmiş olsunlar.
"Azadlıq qanunu" layihəsi dünən yerli vaxtla günün əvvəllərində Senatdakı siyasi bir çıxılmazlıqdan sonra 67 lehinə səslə qəbul olundu.
ABŞ Konqresinin Nümayəndələr Palatası bu layihəni ötən aydan qəbul etmişdi. Bu qanunun qəbulunda yaranmış fasilə Amerika Milli Təhlükəsizlik Agentliyinin iyunun birində öz dinləmə planlarının həyata keçirilməsində bir qanun boşluğu ilə üzləşməsinə bais olmuşdu.
"Azadlıq qanunu" təhlükəsizlik xidmətlərinin vətəndaşların telefon informasiyalarına çıxma imkanını məhdudlaşdırır və məhkəmə icazəsi ilə şərtləndirir.

Teqlər