İyun 07, 2015 08:34 Asia/Baku
  • Blatter Barselonanı təbrik edib
    Blatter Barselonanı təbrik edib

Beynəlxalq Futbol Federasiyası Assosiasiyası FİFA-nın istefa vermiş prezidenti Yozef Blatter şənbə günü Avropanın ən nüfuzlu turnirlərindən sayılan Çempionlar Liqasını qazanması münasibəti ilə Barselonanı təbrik edib.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İspaniya təmsilçisi Barselona finalda İtaliya çempionu Yuventusla qarşılaşıb və sonda katalonlar 3:1 hesabı ilə "qoca sinyora"nı məğlub ediblər.
Blatter öz Twitter səhifəsində yazıb: Çempionlar Liqasında Yuventus qarşısında qələbə qazanması və Dünya Klubları Kubokuna vəsiqə qazanması münasibəti ilə Barselonanı təbrik edirəm.
Dünya Klubları Kuboku dekabr ayında Yaponiyada keçirilir.

Teqlər