İyun 09, 2015 08:31 Asia/Baku
  • G-7 İran və 5+1 Qrupunun müzakirələrini dəstəkləyib
    G-7 İran və 5+1 Qrupunun müzakirələrini dəstəkləyib

G-7 Qrupuna üzv ölkələrin dövlət başçıları Almaniyada keçirilən iclasın yekun bəyanatında 30 iyuna qədər yekun anlaşmanın əldə olunması üçün 5+1 Qrupu və İran İslam Respublikasının səylərini dəstəkləyiblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, G-7 Qrupuna üzv ölkələrin dövlət başçıları bazar ertəsi günü Almaniyada keçirilən sammitin yekun bəyanatında İrandan istəyiblər ki, nüvə fəaliyyətlərinin təsdiqlənməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə daha artıq əməkdaşlıq etsin və bütün məsələləri qəbul etsin.
Bu bəyanata əsasən, Almaniya, ABŞ, Fransa, Kanada, İngiltərə, İtaliya və Yaponiyadan ibarət G-7 Qrupunun rəhbərləri 5+1 Qrupu tərəfindən əldə olunan və 2 apreldə Avropa Birliyi və İran tərəfindən sadələşdirilən müştərək təşəbbüs proqramının əsaslı parametrləri barədə siyasi dərki müsbət qarşılayırlar.
G-7 Qrupunun bəyanatında həmçinin bildirilir: G-7 Qrupu regional stabillikdə İran İslam Respublikasının konstruktiv köməyini istəyir.
Bundan öncə Almaniya kansleri Angella Merkel bildirmişdi ki, nüvə anlaşması hamının istəyidir. Çünki İran İslam Respublikası İŞİD-lə mübarizədə əsas oyunçudur.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukia Amano bazar ertəsi günü verdiyi bəyanatda İran İslam Respublikasının nüvə fəaliyyətlərində yayınmanın olmadığını bir daha təsdiqləyib.

Teqlər