Merkel: İran İŞİD-lə mübarizədə önəmli oyunçudur
https://azeri.sahartv.ir/news/dünya-i194647-merkel_İran_İŞİd_lə_mübarizədə_önəmli_oyunçudur
Almaniya kansleri deyib: Nüvə anlaşması hamının istəyidir. Çünki İran İslam Respublikası İŞİD terror qruplaşması ilə mübarizədə önəmli oyunçudur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2015 04:39 Asia/Baku
  • Merkel İranı terrorizmlə mübarizədə önəmli oyunçu adlandırıb
    Merkel İranı terrorizmlə mübarizədə önəmli oyunçu adlandırıb

Almaniya kansleri deyib: Nüvə anlaşması hamının istəyidir. Çünki İran İslam Respublikası İŞİD terror qruplaşması ilə mübarizədə önəmli oyunçudur.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Almaniya kansleri Angella Merkel bazar ertəsi günü G-7 qrupunun mətbuat konfransında deyib: Rusiyanın müxtəlif beynəlxalq məsələlərin həlli, o cümlədən İranın nüvə müzakirələrindəki rolu önəmlidir.
Almaniya kansleri əlavə edib: Qərb 5+1 Qrupu çərçivəsində İranın nüvə fəaliyyətləri üzərində müzakirələr aparmaqdadır və Rusiya bu müzakirələrdə qərbin şəriki hesab olunur.
Merkel bildirib: Müzakirələrin çərçivəsi Rusiyanın iştirakı olmadan beynəlxalq böhranları həll etməyin mümkün olmadığını göstərir.