İyun 09, 2015 13:18 Asia/Baku
  • Rusiya AEBA-nın illik hesabatını imzalamayıb
    Rusiya AEBA-nın illik hesabatını imzalamayıb

Rusiya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin illik hesabatını imzalamayıb.

Səhər Beynəlxalq Televiziyasının Sky News telekanalına istinadla verdiyi məlumata görə, bir nüvə reaktorunun olduğu Krım yarımadasının Ukrayna ərazisi hesab edilməsini nəzərdə tutan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin illik hesabatını imzalamaqdan çəkinib.
Qərb diplomatının bildirdiyinə görə, Ukrayna Rusiyanın, Rusiya isə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatına etiraz ediblər.
Deyilənlərə görə, Rusiyanın nümayəndəsi Vladimir Fronkov bildirib ki, bu hesabat reallıqlara zidd məlumatlara malikdir.
Krım yarımadası ötən ilk referendumla Rusiyaya ilhaq edildi. Lakin bir çox ölkə hələ də onu Ukraynanın ərazisi hesab edir.

Teqlər