Ərdoğan nazirlər kabinetinin istefasını qəbul etdi
İyun 10, 2015 09:52 Asia/Baku
Səhər beynəlxalq telekanalının "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunu qəbul edib.
Baş nazir Davudoğlu AK Partiyanın qərargahında bəzi yüksək səviyyəli partiya rəhbərləri və nazirlərlə ayrı-ayrılıqda görüşməsindən sonra prezident sarayına gedib.Prezident Ərdoğan baş nazir tərəfindən təqdim olunan nazirlər kabinetinin istefasını qəbul edib.
Prezident sarayından verilən açıqlamada bildirilir ki, Türkiyə prezidenti nazirlər kabinetinin yeni hökumət qurulana qədər vəzifəyə davam etməsini istəyib.