İyun 11, 2015 08:13 Asia/Baku
  • Yeni hökumətin təşkili üçün bütün seçimlər masa üzərindədir
    Yeni hökumətin təşkili üçün bütün seçimlər masa üzərindədir

Türkiyə qanununa əsasən baş nazir vəzifəsindən istefa verdikdən sonra yeni hökumətin Nazirlər Kabinetini təşkil etmək üzrə məsul olan Əhməd Davudoğlu bildirib: Yeni hökumətin təşkili üçün bütün seçimlər masa üzərindədir.

Səhər Beynəlxalq Televiziyasının Röytersə istinadla verdiyi məlumata görə, Ədalət və İnkişaf partiyasının lideri olan Türkiyə baş naziri Əhməd Davudoğlu çərşənbə günü mətbuat konfransında deyib: Koalisiya hökumətinin təşkili məqsədilə danışıqlara başlamazdan öncə qırmızı xətlərin təyin olunması siyasət təbiətinə zidd olacaqdır.
CNN Türk xəbər telekanalı da Davudoğluya istinadla bildirib: Türkiyə vətəndaşları ötən bazar günü parlament seçkilərində öz səsləri ilə parlament sisteminin prezident sisteminə dəyişilməsi icazəsini Ədalət və İnkişaf partiyasına vermədilər. Ədalət və İnkişaf partiyası Türkiyə parlamentində səs çoxluğunu əldə etmək istiqamətində məğlubiyyətə uğradığına görə, prezidentə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı bu ölkə konstitusiyasında dəyişiklik edə bilməyəcək.

Teqlər