Bəhreyn xalqı: "Baş katibi tək qoymayacağıq!"
İyun 13, 2015 12:49 Asia/Baku
-
Bəhreyndə etiraz
Bəhreynlilər Bəhreynin müxtəlif məntəqələrində aksiyalar keçirərək, bu ölkənin Milli Birlik İslami Cəmiyyətinin baş katibinin azad edilməsini istəyiblər.
Əlminar informasiya kanalının məlumatına görə, Bəhreynin müxtəlif məntəqələrinin əhalisi cümə namazından sonra bu ölkənin Milli Birlik İslami Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın həbs və mühakimə olunmasına etiraz olaraq, aksiya keçirib.Aksiyaçılar "Baş katibi tək qoymayacağıq!" şüarı verərək, Şeyx Əli Salmanı dəstəklədiklərini bildiriblər.
Bəhreyn Baş Prokurorluğu bildirib ki, məhkəmə iyunun 16-da Şeyx Əli Salman haqda öz hökmünü verəcək və o, həmin günədək həbsdə olacaq.
Bəhreyn Baş Prokurorluğu bir iddianamədə Şeyx Əli Salman üçün ən şiddətli cəzanın verilməsini istəyib.
Bəhreyn məhkəməsi Bəhreyn Milli Birlik İslami Cəmiyyəti baş katibinin sonuncu məhkəmə iclasında ona özünümüdafiə icazəsi vermədi və bu məsələ Şeyx Salmanın vəkillərinin hakimlə höcətləşmələrinə bais oldu.
Şeyx Əli Salman 2014-cü ilin 28 dekabrında çağırılaraq, Bəhreyn rejimini devirməyə cəhd ittihamı ona elan olundu. Belə bir halda, Bəhreyn Milli Birlik İslami Cəmiyyətinin baş katibi bu ittihamı rədd edərək, bu ölkə xalqının etirazlarının dinc mahiyyət daşıdığını vurğulayıb.