İyun 14, 2015 08:45 Asia/Baku
  • Yəmən İnqilab Komitəsi: Cenevrə müzakirələri tələdir
    Yəmən İnqilab Komitəsi: Cenevrə müzakirələri tələdir

Yəmənin Ali İnqilab Komitəsi sədrinin müavini və BƏƏS partiyasının rəhbəri Yəmən sülh müzakirələrini bir tələ adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Yəmənin Ali İnqilab Komitəsinin sədr müavini və BƏƏS partiyasının rəhbəri Naif Qanis Cenevrə sülh müzakirələrini tələ adlandıraraq, bu iclası Ərəbistanın məqsədlərinin gerçəkləşməsi hesab edib.
Yəmənin İnformasiya Agentliyinin verdiyi məlumata görə, Yəmənin Ali İnqilab Komitəsinin sədr müavini əlavə edib: Ərəbistan 80 günlük bombardman zamanı əldə etmədiyi məqsədlərinə Cenevrə müzakirələrində nail olmağa çalışır.
Sülh və Şəriklik Anlaşması əleyhinə çevriliş üçün göstərilən səylər barədə xəbərdarlıq edən Qanis bildirib: Mənsur Hadi və Xalid Bəhah siyasi qrup deyillər, onlar siyasi razılaşmanın nəticəsidirlər.
Cenevrə sülh müzakirələri bazar günü keçirilməli idi. BMT bu iclasın bazar ertəsi gününə təxirə salındığını bildirdi. Lakin Yəmən qüvvələri və Ənsarullah bildirdilər ki, hazırkı şəraiti nəzərə alaraq, bu müzakirələrdə iştirak etməyəcəklər.

Teqlər