Əl-Sisinin Cənubi Afrika Respublikasına səfəri ləğv olunub
İyun 14, 2015 12:51 Asia/Baku
Misir prezidenti Cənubi Afrika Respublikasında həbs olunmaq ehtimalından nigaran olaraq, bu ölkəyə səfərini ləğv edib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Misir prezidenti Əbdülfəttah əl-Sisi Afrika Birliyinin iclasında iştirak etmək üçün Cənubi Afrika Respublikasına səfəri hərbi cinayətkar ittihamı ilə həbs olunması ehtimalına görə ləğv edib.Bir insan haqları müəssisəsi 2013-cü ildə Rabiə əl-Ədəviyyə meydanında mülki vətəndaşları qırğın etdiyinə görə əl-Sisidən şikayət etmişdi və o, Cənubi Afrika Respublikasına daxil olan kimi, bu ölkənin qanunlarına əsasən məsuliyyətə cəlb olunacaq.
Cənubi Afrika Respublikasında müsəlman vəkillərdən ibarət bir qrup əl-Sisiyə qarşı hazırladığı ittihamnaməni məhkəməyə verib ki, Misir prezidenti bəşəriyyətə qarşı cinayət, eləcə də müharibə cinayətləri törətdiyinə görə məsuliyyətə cəlb olunsun.
Bundan öncə İnsan Haqları Gözətçisi Təşkilatı bildirmişdi ki, Rabiə əl-Ədəviyyə meydanında etirazçıların qırğın edilməsi bir gün ərzində etirazçıların qırğın edilməsi üzrə ən böyük əməliyyatdır və buna görə tarixdə analoqu yoxdur.
Misir təhlükəsizlik qüvvələri 2014-cü il 14 avqustda əl-Sisinin göstərişi ilə Qahirənin Rabiə əl-Ədəviyyə meydanında aksiyaçılara hücum edərək təxminən 2000 nəfəri qətlə yetirdilər.