İyun 15, 2015 09:56 Asia/Baku
  • Türkiyədə parlament sistemi davam edir
    Türkiyədə parlament sistemi davam edir

Türkiyə baş nazirinin müavini deyib: Bu ölkənin siyasi quruluşu parlament sistemi olaraq qalacaq.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Bülənt Arınç şənbə gecə CNN Türk-lə müsahibədə deyib: 7 iyun parlament seçkilərində əldə olunan nəticələr Ədalət və İnkişaf partiyasının istəməsinə baxmayaraq, bu ölkədə siyasi quruluşun dəyişilməsinə imkanın olmadığını göstərdi.
Arınç eyni zamanda bildirib ki, bu seçkilərdə səslərin 40%-dən çoxunun əldə olunması Ədalət və İnkişaf partiyası üçün qələbə hesab olunur.
Ədalət və İnkişaf partiyası ümid bəsləyirdi ki, son parlament seçkilərində siyasi quruluşun prezident üsul-idarəsinə dəyişilməsi məqsədilə konstitusiyada dəyişiklik etmək üçün lazımi səs barajını əldə edəcək.
Bununla belə, bu partiya bu barajı əldə edə bilmədi, üstəlik Türkiyə parlamentində səs çoxluğunu da itirdi və hazırda digər partiya ilə koalisiya hökuməti təşkil etməlidir.

Teqlər