ABŞ Asiyada soyuq müharibə yaratmağa çalışır
İyun 15, 2015 10:33 Asia/Baku
Siyasi bir təhlilçi bildirir ki, ABŞ Asiyada yeni soyuq müharibənin başlanmasına çalışır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Amerikanın Tailandla müştərək hərbi təlimlərin keçirilməsinə hazırlaşması ilə bir vaxtda Vertenz Today Amerika nəşrinin yazarı bazar günü Press TV ilə müsahibədə deyib: Amerikanın Asiyadakı hərəkətləri göstərir ki, bu ölkə bölgədə soyuq müharibə yaratmaq istəyir.Vertenz Today nəşrinin yazarı Cim Dean Amerika rəsmilərinin gələn ildə Tailandda Qızıl Kobra illik hərbi təlimlərinin keçiriləcəyini bildirmələrinə toxunaraq deyib: Bu hərbi təlimlər regiona diqqət yetirməyə əsaslanan ABŞ prezidenti Barak Obamanın 2012-ci ildə elan olunan siyasətinin icrası çərçivəsində keçirilir. Bu da öz növbəsində Asiyada soyuq müharibə təbilini çalır.
Cim Dean bildirib: Tailandın hərbi hökumətinin özünü müdafiə üçün lazımi qüdrətə malik olduğunu nəzərə aldıqda Amerikanın hərbi dəstəyi və regiondakı iştirakına ehtiyac yoxdur.
Qeyd edək ki, Asiyada hərbi iştiraka dair Obamanın həmin siyasətinə əsasən, ABŞ və müttəfiqləri Çini hərtərəfli təhdidlər məqsədinə çeviriblər.