Di Mistura Dəməşqdə Vəlid Muəllim ilə görüşüb
İyun 15, 2015 18:15 Asia/Baku
Suriya baş nazirinin müavini və bu ölkənin xarici işlər naziri Vəlid Əlmuəllim BMT-nin Suriya məsələləri üzrə nümayəndə heyətini qəbul edib.
Səhər kanalının Suriya medialarına istinadlı məlumatına görə, Di Mistura bu görüşdə son zamanlar Cenevrədə Suriya böhranı üçün siyasi həll yolunun axtarılması barədəki məsləhətləşmələr haqda hesabatı Vəlid Əlmuəllimin nəzərinə çatdırıb.Bununla bağlı, Əlmuəllim də Suriyanın durumunu və Suriya böhranının siyasi həll yolunu əldə etmək üzrə BMT baş katibinin xüsusi nümayəndəsinin səylərini dəstəkləyib və Moskva görüşlərinin nailiyyətlərinin önəmi və Cenevrə-3 iclasının uğuruna zəmanət üçün onun izlənilməsi vacibliyini vurğulayıb.
Bu görüşdə həmçinin xarici işlər nazirinin müavini doktor Feysəl Əlmiqdad, Suriya xarici işlər nazirinin müşaviri Əhməd Ərnus, həmçinin Di Misturanı müşayiət edən heyətin üzvləri iştirak ediblər.