ABŞ-da hərbi baza qarşısında silahlı insident: 2 nəfər yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i194903-abŞ_da_hərbi_baza_qarşısında_silahlı_insident_2_nəfər_yaralanıb
ABŞ-da hərbi bazanin girişi qarşısnda silahlı insident nəticəsində 2 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2015 03:35 Asia/Baku
  • ABŞ-da hərbi baza qarşısında silahlı insident: 2 nəfər yaralanıb
    ABŞ-da hərbi baza qarşısında silahlı insident: 2 nəfər yaralanıb

ABŞ-da hərbi bazanin girişi qarşısnda silahlı insident nəticəsində 2 nəfər yaralanıb.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə əsasən, silahlı insident Little Rock hava bazasının girişi qarşısında baş verib.
Amerika Hava Qüvvələri mətbuat xidmətinin rəhbəri Kris Karns bildirib ki, ilkin məlumatlara əsasən bir nəfər hərbi bazanın girişinə yaxınlaşıb və silahı ilə atəş açmağa başlayıb.
Silahlı insidentin detallarına toxunmayan Karnsın dediyinə görə, təhlükəsizlik qüvvələri məsələyə müdaxilə edib və mövcud vəziyyətə son qoyublar.
Little Rock hava bazasından bildirilib ki, insident ardınca bu bazanın bütün girişləri bağlanıb. Little Rock hava bazası aeroportdur.
Silahlı insidentlər Amerikada nigaranedici məsələyə çevrilib.
Rəsmi statistikaya əsasən 2015-ci ilin yanvarından Amerikada silahlı insident nəticəsində ən azı 5000 nəfər həlak olub, 10 min nəfər yaralanıb.