İyun 18, 2015 11:01 Asia/Baku
  • Abdullah Abdullah - Əfqanıstan prezidenti
    Abdullah Abdullah - Əfqanıstan prezidenti

Əfqanıstan milli birlik dövlətinin icra başçısı mübarək ramazan ayının gəlib çatması münasibətilə Talibandan istəyibdir ki, savaşa son qoysun.

Səhər kanalının məlumatına görə, Abdullah Abdullah mübarək ramazan ayının gəlib çatması münasibətilə Əfqanıstan və dünya müsəlmanlarını təbrik edərək, deyib: Əgər müxaliflər sülh müzakirələri istəyirlərsə, dialoq üzrə iradələrini göstərsinlər.
O, sonra deyib: Taliban terror hücumları və günahsız mülkilərin qırğınına son qoymalıdır.
Abdullah Abdullah əlavə edib: Bu il mübarək ramazan ayı elə bir halda gəlib çatıbdır ki, Əfqanıstan hər gün partlayış, hücum və günahsız vətəndaşlarının ölümünün şahididir. Bundan öncə də Əfqanıstan Din Alimləri Şurası Talibandan istəmişdi ki, mübarək ramazan ayında savaşa son qoysun.
Bununla belə, Taliban bu istəyi rədd edərək, bildirib ki, savaşı davam etdirəcəkdir.

Teqlər