İraqın Diyalə vilayətində 300 terrorçu məhv edilib
İyun 19, 2015 09:20 Asia/Baku
-
İraqın Diyalə vilayətində 300 terrorçu məhv edilib
Dəclə əməliyyatının komandanı Diyalə vilayətinin terrorçulardan təmizlənməsi əməliyyatı zamanı 300 İŞİD terrorçusunun məhv edilməsindən xəbər verib.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, Dəclə əməliyyatının komandanı general Əbdüləmir Zeydi tabeliyində olan qüvvələrin könüllü xalq qüvvələrinin dəstəyi ilə Diyalə vilayətində 300-dən çox terrorçunu məhv etməsindən xəbər verib. Onun dediyinə görə, öldürülən İŞİD terrorçularının 100-ü əsasən Avropa və Asiya ölkələrindən gəlmiş əcnəbi terrorçular olub. Öldürülənlər arasında İŞİD-in tanınmış komandanlarından bir neçəsinin olduğu da bildirilir.Əbdüləmir Zeydi həmçinin, aralarında çoxlu sayda terrorçu-kamikadze olan 200-dən çox ərəb mənşəli İŞİD ünsürünün də məhv edildiyini bildirib.
O deyib: İŞİD Diyalə vilayətinin azad edilməsi əməliyyatı zamanı təhlükəsizlik qüvvələri və könüllü xalq qüvvələrinə qarşı 40-dan artıq terror əməliyyatı həyata keçirib. Amma, bu qüvvələrin irəliləməsinə və yeni uğurlar əldə etməsinə mane ola bilməyib.
Bu arada İraqın təhlükəsizlik qüvvələri dünən 39 terrorçunun məhv edilməsindən xəbər veriblər.
Röytersin verdiyi məlumata görə, İraqın Daxili İşlər Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, təhlükəsizlik qüvvələri İraqın şimalında, Bici şəhərində 20 terrorçunu habelə, terrorçulara məxsus 2 ədəd avtomobili məhv ediblər.
İraqın Daxili İşlər Nazirliyinin bəyanatında həmçinin 12 İŞİD terrorçusunun bir əməliyyat zamanı öldürülməsindən xəbər verilir. Daha 7 terrorçu isə İraqın təhlükəsizlik qüvvələrinin başqa bir əməliyyatı zamanı məhv edilib.
İraqın Daxili İşlər Nazirliyi öz bəyanatında ümumilikdə 39 İŞİD terrorçusunun təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatlar zamanı məhv və 33 nəfərin də həbs edilməsindən xəbər verib.