Nyu-Yorkda kobudluq əleyhinə aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i195004-nyu_yorkda_kobudluq_əleyhinə_aksiya_keçirilib
Nyu-York əhalisi ölkədə kobudluqların artmasına etiraz olaraq aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2015 05:22 Asia/Baku
  • Nyu-Yorkda kobudluq əleyhinə aksiya keçirilib
    Nyu-Yorkda kobudluq əleyhinə aksiya keçirilib

Nyu-York əhalisi ölkədə kobudluqların artmasına etiraz olaraq aksiya keçirib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Nyu-York əhalisi cümə axşamı küçələrə axışaraq, hər gün artmaqda olan zorakılıqlar və kobudluqların qarşısının alınmasını istəyib.
Nyu-York əhalisi Cənubi Karolina Ştatında bir kilsədə baş vermiş silahlı insidenti pisləyərək, qaradərililərə qarşı polis zorakılığının durdurulmasını istəyiblər.
Bir qrup şəhər əhalisi də Nyu-Yorkun Manhetten məntəqəsində bir araya gələrək, polis və ağdərililər tərəfindən törədilən zorakılıqlar nəticəsində həyatını itirən qaradərililərin ailələri ilə öz həmrəyliklərini elan ediblər.
Çərşənbə günü ABŞ-ın Cənubi Karolina Ştatında, Çarlston şəhərində qaradərililərə məxsus kilsədə baş vermiş silahlı insident zamanı 9 nəfər həyatını itirib. Hadisə bir ağdərili gənc tərəfindən törədilib.
Çarlston kilsəsində baş verən insident zamanı həyatını itirənlərdən biri də afroamerikalı senator Klementa Pinknidir.