Amerikada kütləvi silahlı insidentlərin sayı artıb
İyun 20, 2015 20:09 Asia/Baku
-
Amerikada kütləvi silahlı insidentlərin sayı artıb
Bir mənbə Amerikada kütləvi silahlı insidentlərin artmasından xəbər verib.
İRİB-nin məlumatına görə, Los Angeles Times qəzeti yazır: 2014-cü ilin yanvar ayının 1-dən 2015-ci ilin 26 may tarixinə kimi baş verən 43 silahlı insident nəticəsində 195 nəfər həlak olub. Halbuki, 2011-ci ildən 2013-cü ilə qədər olan müddətdə orta hesabla hər 64 gün ərzində bir kütləvi silahlı insident baş verib. Bu rəqəm 2011-ci ilə qədər isə orta hesabla hər 200 günə bir kütləvi silahlı insident olub. Aparılan araşdırmalara görə, bu kimi silahlı insidentlərin sayının artması ilə yanaşı, bu silahlı insidentlərdə ölənlərin sayı da xeyli artıb. Hazırda bildirilir ki, Amerikada mülki əhalinin əlində olan silahların sayı 310 milyon civarındadır. Silahlı insidentlər əsasən psixoloji və ruhi baxımdan normal duruma malik olmayan kişilər tərəfindən həyata keçirilir.