İyun 21, 2015 13:03 Asia/Baku
  • 3000 Mərkəzi Asiya vətəndaşı İŞİD sıralarında
    3000 Mərkəzi Asiya vətəndaşı İŞİD sıralarında

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Mərkəzi Asiya ölkələrindən təqribən 3000 nəfərin Suriya və İraqda İŞİD terror qruplaşması sıralarına qoşulduğunu bildirib.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Nikolay Bordyuja deyib: Rusiyadan 2000, Qazaxıstandan isə 400 nəfər İŞİD-ə qoşulub.
Bordyuja sosial şəbəkələri və beynəlxalq terrorizm ilə mübarizədəki yetərsizliyi bu insanların İŞİD-ə qoşulmasının başlıca səbəbi adlandırıb və deyib: Artıq neçə ildir ki, beynəlxalq terrorizm ilə mübarizə sahəsində real əməkdaşlıq yoxdur.
KTMT-nın baş katibi İŞİD-ə qoşularaq Suriya və İraqda hökumət əleyhinə savaşan digər ölkə vətəndaşlarının sayı barədə məlumat verməyib.
Tacikistan rəsmiləri bundan öncə 400 dən çox ölkə vətəndaşının Suriya və İraqda İŞİD-in sıralarına qoşulmasından xəbər vermişdilər.
BMT-nin baş katibi Pan Gi Mun da son zamanlar xəbərdarlıq edib ki, Mərkəzi Asiya ölkələri vətəndaşları İŞİD-ə qoşulmağa başlayıblar ki, bu da dünya sülhü və təhlükəsizliyi üçün təhdid sayılır.

Teqlər