İngiltərədə hökumət əleyhinə aksiyada yüz minlərlə insan iştirak edib
https://azeri.sahartv.ir/news/dünya-i195066-İngiltərədə_hökumət_əleyhinə_aksiyada_yüz_minlərlə_insan_iştirak_edib
250 minə yaxın ingiltərə vətəndaşı şənbə günü London küçələrinə çıxaraq, hökumətin sosial xidmətlərin azaldılması üzrə qərarına etiraz edib və bildiriblər ki, bu, ictimai itaətsizlik üzrə ilk addımdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2015 09:23 Asia/Baku
  • İngiltərədə hökumət əleyhinə aksiya
    İngiltərədə hökumət əleyhinə aksiya

250 minə yaxın ingiltərə vətəndaşı şənbə günü London küçələrinə çıxaraq, hökumətin sosial xidmətlərin azaldılması üzrə qərarına etiraz edib və bildiriblər ki, bu, ictimai itaətsizlik üzrə ilk addımdır.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, 250 min ingilis şənbə günü ötən illər ərzində iqtisadi qənaət siyasətinə qarşı ən böyük aksiyada bir araya gələrək, hökumətin büdcə xərclərinin azaldılması üzrə yeni proqramına etiraz edib. Aksiya iştirakçıları sosial xidmətlərin azaldılması və bu xidmətləri göstərən şirkətlərin özəlləşdirilməsinə etiraz ediblər.
"İqtisadi Qənaət Əleyhinə Xalq Şurası" adlı qrup bu aksiyanın əsas təşkilatçısı sayılır. Bu qrupun bildirdiyinə görə, İşçi və Yaşıllar Partiyasının bəzi yüksək səviyyəli rəsmisi də bu aksiyada iştirak edib.