İyun 23, 2015 08:34 Asia/Baku
  • Yerevanda hökumət əleyhinə aksiya keçirilib
    Yerevanda hökumət əleyhinə aksiya keçirilib

İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıb.

Beynəlxalq Səhər Kanalının APA-ya istinadla verdiyi məlumata görə, paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz ediblər.


Aksiya iştirakçıları Serj Sarkisyan hökumətini elektrik enerjisinin qiymətini artırmaqla, xalqı yoxsulluğa sürükləməkdə ittiham ediblər.

Paytaxt sakinlərinin 3 saat davam edən oturaq aksiyası polis qüvvələri tərəfindən dağıdılıb. Polis tərəfindən saxlanılanların olduğu bildirilir.

Bu arada Ermənistanın Gümrü şəhərində Teatr meydanında da etiraz aksiyası keçirilib.

Ermənistan mətbuatının verdiyi məlumata görə, etirazçılar İrəvanda Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektində keçirilən aksiyaya dəstək nümayiş etdiriblər.

Teqlər