İrəvanda etiraz aksiyası zamanı 240 nəfər saxlanılıb
https://azeri.sahartv.ir/news/dünya-i195115-İrəvanda_etiraz_aksiyası_zamanı_240_nəfər_saxlanılıb
Bu gün İrəvanda keçirilən etiraz aksiyasının polis tərəfindən güc tətbiq edilərək, dağıdılması zamanı 240 nəfər saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2015 10:04 Asia/Baku
  • İrəvanda etiraz aksiyası zamanı 240 nəfər saxlanılıb
    İrəvanda etiraz aksiyası zamanı 240 nəfər saxlanılıb

Bu gün İrəvanda keçirilən etiraz aksiyasının polis tərəfindən güc tətbiq edilərək, dağıdılması zamanı 240 nəfər saxlanılıb.

Bu barədə Ermənistan mətbuatına istinadla APA informasiya agentliyi məlumat verib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, paytaxtdakı polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb.

Qeyd edək ki, səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzindəki oturaq aksiyanı dağıdıb.

Aksiya dağıdılarkən jurnalistlər polis zorakılığına məruz qalıblar. Nəticədə 1in.am-ın operatorları Karen Çilinqaryan, Ovsep Ovsepyan və Qor Ovannisyan müxtəlif bədən xəsarətləri alıblar. Q. Ovannisyanın videokamerası və canlı yayım avadanlığı sındırılıb.

Bu arada Erməni Millli Konqresinin fraksiyası bu gün səhər Yerevanda keçirilən etiraz aksiyası zamanı baş vermiş polis zorakılığına etiraz olaraq, Ermənistan parlamentinin iclasını tərk edib.
Parlamentin iclas zalını ardıcıllıqla fraksiyanın katibi Aram Manukyan, deputatlar Stepan Dəmirçyan, Qaqik Cangiryan və Lyudmila Sarkisyan tərk ediblər.

Aksiya iştirakçıları ölkədə elektrik enerjisi tariflərinin artırılmasına etiraz ediblər.