İyun 24, 2015 14:42 Asia/Baku
  • Ermənistanda etiraz aksiyası iştirakçılarında soyuq silah aşkar edilib
    Ermənistanda etiraz aksiyası iştirakçılarında soyuq silah aşkar edilib

İrəvanda keçirilən etiraz aksiyası iştirakçılarında soyuq silah aşkarlanıb.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, bu barədə Ermənistan polisinin rəis müavini Unan Poqosyan deyib.

Onun sözlərinə görə, polis sadə vətəndaşların görmədiyi işlər görür. “Dünən aparılmış işlər nəticəsində vətəndaşlarda xeyli sayda bıçaq və biz aşkarlanıb. Onlardan polis əməkdaşlarına qarşı istifadə oluna bilərdi”, - deyə o vurğulayıb.

Qeyd edək ki, İrəvanda etirazçılar artıq 15 saatdır Baqramyan prospektini tərk etmirlər. Paytaxt sakinləri ölkədə elektrik enerjisi taarifinin artırılmasına etiraz olaraq, Serj Sarkisyan hökuməti əleyhinə aksiya keçirirlər.

Bu arada Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks iyunun 23-də İrəvanda dinc aksiyanın dağıdılması zamanı güc tətbiqindən narahatlığını ifadə edib. O, Ermənistan hakimiyyətini insan haqları ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb.

“Jurnalistlərə qarşı zorakılıq halları ilə bağlı aldığım məlumatlar narahatlıq doğurur. Mətbuat nümayəndələri təhlükəsiz və sərbəst şəraitdə işləməlidirlər”, - deyə o vurğulayıb.

Teqlər