İyun 25, 2015 18:19 Asia/Baku
  • London polisi əlil aksiya iştirakçılarına hücum edib
    London polisi əlil aksiya iştirakçılarına hücum edib

İngiltərə polisi Londonda, Parlament binası qarşısında aksiya keçirən əlillərə hücum edib.

PressTV-nin məlumatına görə, London polisi çərşənbə günü hökumətin əlillər üçün nəzərdə tutulmuş dövlət yardımlarının azaldılması üzrə qərarına etiraz məqsədilə Parlament binası qarşısında aksiya keçirən bir qrup əlilə qarşı güc tətbiq edib, onları zorla dağılışmağa məcbur edib.
Aksiya iştirakçıları baş nazir Deyvid Kameronun Parlamentdə çıxış edəcəyi zaman, iclas zalına daxil olmağı planlaşdırıbmışlar.
Əlillər dövlətin əlillərə yardım üçün nəzərdə tutulmuş fondu ləğv etmək qərarına gəlməsi İngiltərə əlillərinin etirazlarına səbəb olub.

Teqlər