Yerevanda etirazçıların sayı dəfələrlə artır
İyun 26, 2015 13:01 Asia/Baku
-
Ermənistanda elektrik enerjisinin bahalaşmasına etirazlar genişlənir
Yerevanda elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyasının iştirakçılarının sayı xeyli artıb.
Trend bildirir ki, Yerevanda elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyasının iştirakçılarının sayı o qədər artıb ki, Baqramyan prospektindən başqa, Baqramyan-Moskovyan küçələrinin kəsişməsindən Fransa meydanına kimi ərazi də bağlanıb. Bu da şəhərin mərkəzində maşınların hərəkətini çətinləşdirir.Trend-in “Novosti Armenii”-ə istinadən verdiyi məlumata əsasən, polis Moskovyan küçəsində hərəkətə mane olmamaq üçün nümayişçiləri yolayrıcını açmağa çağırıb.
Ermənistan ölkədə elektrik enerjisi taariflərini 17-22 faizə qədər artırmaq istəyir.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Türkiyəyə qarşı "soyqırımı" iddiası bu ölkələrlə sərhədlərinin bağlanmasına səbəb olub. Bu da, Ermənistan iqtisadiyyatı üçün ciddi problemlər yardır.