Obama ABŞ-da irqçilik və zorakılığı etiraf etdi
İyun 27, 2015 08:43 Asia/Baku
ABŞ prezidenti etdiyi çıxışında silahdan istifadə ilə bağlı zorakılıq və irqçiliyə Amerikadakı iki əsas problem kimi etiraf edib.
Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadlı məlumatına görə, Barak Obama Cənubi Karolinada qətlə yetirilən qaradərili senator Klementa Pinkninin anım mərasimində həmçinin Amerikada zorakılıq hallarının artmasının mənfi nəticələri barədə xəbərdarlıq edib.ABŞ prezidenti həmçinin bu ölkədə silahdan istifadə nəticəsində zorakılıq hallarına qarşı addım atılmasını istəyib.
Cənubi Karolinadan amerikalı senator və keşiş Pinkni ötən həftə 8 qarədirli ilə birlikdə silahlı insident nəticəsində həlak olub.
Amerikada silahdan istifadənin azad olması nəticəsində cinayət halları və tələfatının artması bu ölkədə qalmaqallı məsələyə çevrilib.