Ryabkov: Yekun anlaşma sənədi yüksək səviyyədə tənzimlənir
https://azeri.sahartv.ir/news/dünya-i195249-ryabkov_yekun_anlaşma_sənədi_yüksək_səviyyədə_tənzimlənir
Rusiya xarici işlər nazirinin müavini deyib: İranın nüvə proqramı barədə yekun anlaşma sənədi yüksək səviyyədə tənzimlənir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2015 12:00 Asia/Baku
  • Yekun anlaşma sənədi yüksək səviyyədə tənzimlənir
    Yekun anlaşma sənədi yüksək səviyyədə tənzimlənir

Rusiya xarici işlər nazirinin müavini deyib: İranın nüvə proqramı barədə yekun anlaşma sənədi yüksək səviyyədə tənzimlənir.

Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini və müzakirə heyətinin rəhbəri Sergey Ryabkov verdiyi müsahibədə əlavə edib: Doğrudan da yekun anlaşma sənədinin əsas hissəsi tənzimlənib. Lakin hələlik bir sıra məsələlər vardır ki, çox çətinliklə həll olunur.
O həmçinin İran və 5+1 Qrupuna üzv ölkələrin xarici işlər nazirlərinin Vyanada iclas keçirmələrinin mümkün olması barədəki naməlum vəziyyətə toxunaraq xatırladıb: Hazırkı şəraitdə İran və Altılıq ölkələrinin xarici işlər nazirlərinin iclası məsələsi hələlik bəlli deyil.
Bu məlumata görə, Ryabkov Vyanada Çinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Çenq Cinqlə görüşərək İRanın nüvə proqramı barədə danışıqlar aparıb.