İyun 28, 2015 17:57 Asia/Baku
  • San Fransiskoda silahlı insident
    San Fransiskoda silahlı insident

ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhəri polisi bu şəhərin mərkəzində bir neçə gənc arasında davada atəş açılması nəticəsində hadisə yerindən keçən bir nəfərin yaralandığını bildirib.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, San Fransisko şəhər polisi bildirib: Şənbə günü şəhərin mərkəzində keçirilən tədbirdə bir neçə gənc dalaşıblar. Bu dalaşma silahlı insidentlə nəticələnib.
San Fransisko polisi bir nəfərin yaralandığına toxunaraq bildirib: Bir neçə nəfər dindirilmək üçün həbs olunub.
Şahidlər dava olan küçədə 4 dəfə güllə səsinin eşidildiyini bildiriblər.
Həmin insident tədbirdə iştirak edənlərin qorxuya düşməsinə səbəb olub.
Küçə davaları ötən bir il ərzində ABŞ-da diqqəti cəlb edəcək həddə artmışdır.
İldə odlu silahdan istifadə nəticəsində Amerikada minlərlə insan həlak olur.

Teqlər