YUNESKO arxeoloji abidələri dağıtmağı müharibə cinayəti adlandırdı
İyun 30, 2015 08:38 Asia/Baku
-
YUNESKO arxeoloji abidələri dağıtmağı müharibə cinayəti adlandırdı
BMT-nin Elm, Mədəniyyət və Təhsil Təşkilatı YUNESKO bildirib: Arxeoloji abidələr və məkanların İŞİD terror qruplaşması ünsürləri tərəfindən dağıdılması müharibə cinayətləri mənasındadır.
Səhər Beynəlxalq Televiziyasının Associated Pressə istinadlı məlumatına görə, YUNESKO-nun beynəlxalq irs komitəsi bu gün Bon şəhərində keçirilən iclasda dinlər, təhsil, incəsənət, elm və yaxud xeyriyyə məqsədləri üçün ayrılan binalar və tarixi heykəllərə qəsdən hücumların pislənilməsi istiqamətində qətnamələr təsdiqləyib.Bu komitə İraqda əl-Həzr tarixi şəhərinin İŞİD ünsürləri tərəfindən dağıdılmasına toxunaraq bu terrorçular tərəfindən Suriyanın Palmira tarixi şəhərinin işğal olunması barədə nigaranlıq edib.
Bu iki məkan YUNESKO-nun beynəlxalq irs məkanlar siyahısındadır.
YUNESKO-nun beynəlxalq irs komitəsi xatırladıb ki, Əfqanıstan, İraq, Liviya, Mali, Suriya, Yəmən, Niger, Konqo Demokratik Respublikası və dünyanın təbii irslərindən hesab olunan digər Afrika ölkələri misilsiz mədəni xəzinələr hədələnməkdədir.
İŞİD terror qruplaşması tarixi abidələrdən əlavə dini məkanlar, o cümlədən məscidlər, ibadətgahlar və hətta ilahi peyğəmbərlərin məqbərəsini hücuma məruz qoyub və məhv edib.