ABŞ İranla anlaşma barədə arxayınlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i195351-abŞ_İranla_anlaşma_barədə_arxayınlıq_edib
Ağ Ev sözçüsü deyib: Vaşinqton inanır ki, İranla anlaşma əldə olunasıdır. Hərçənd bu anlaşma 30 iyundan sonra əldə oluna bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2015 05:50 Asia/Baku
  • ABŞ İranla anlaşma barədə arxayınlıq edib
    ABŞ İranla anlaşma barədə arxayınlıq edib

Ağ Ev sözçüsü deyib: Vaşinqton inanır ki, İranla anlaşma əldə olunasıdır. Hərçənd bu anlaşma 30 iyundan sonra əldə oluna bilər.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Ağ Ev sözçüsü Caş Ernest müzakirələrin 30 iyundan sonra davam etməsi ehtimalına toxunaraq anlaşmaya çatmaq bəxtinin itirilməsi hesab etmədən deyib: Bu anlaşma İran və 5+1 Qrupunun qarşısındadır.
Həmçinin ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mark Tuner də ötən gün deyib: Hazırkı zamanda bütün səylər yekun və möhkəm anlaşmanı ən yaxşı şəkildə əldə etməyə yönəlib. Müəyyən qədər əlavə zamana ehtiyac duyulduğu halda şübhəsiz müzakirələr təyin olunan tarixdən sonra davam edəcək.
O eyni zamanda bildirib ki, müzakirələrin uzun müddətə uzadılmasından söz getmir.
İran və 5+1 Qrupunun Yekun Nüvə Anlaşması mətninin tənzimlənməsi üzrə nüvə müzakirələrinin 8-ci turu Avstriya paytaxtı Vyanada keçirilməkdədir.