İranın bir neçə fiziki və hüquqi şəxsi İngiltərənin sanksiya siyahısından çıxarılıb
İyul 01, 2015 13:03 Asia/Baku
İngiltərə İranın bir neçə fiziki və hüquqi şəxsini sanksiya siyahısından çıxarıb.
IRNA-nın məlumatına görə, İngiltərənin Maliyyə Nazirliyi dünən gecə İranla bağlı sanksiya siyahısının sonuncu islahında bir hüquqi və səkkiz fiziki şəxsi bu siyahıdan çıxarıb.İngiltərənin Maliyyə Nazirliyinin internet saytında yayılmış məlumata əsasən, İran Atom Enerjisi Təşkilatının keçmiş sədr müavini Mahmud Cənnətiyan bu siyahıdan çıxarılmış yeganə hüquqi şəxsdir.
Məhdud məsuliyyətli "C.F. Sharp", "Kasi East GMBH" və "Brayt Nord GMBH" gəmiçilik şirkətləri; məhdud məsuliyyətli "Great West GMBH", "Happy-Sood GMBH And", "NHL Basic", "NHL Nordland GMBH" və "Praspor Basic GMBH" şirkətləri İngiltərənin Maliyyə Nazirliyinin sanksiya siyahısından çıxarılmış fiziki şəxsiyyətlərdir.
Bu fiziki və hüquqi şəxslər daha həmin nazirliyin maliyyələrinin bağlanmasına şamil edilmirlər.
İngiltərənin Maliyyə Nazirliyinin bu addımı Avropa Birliyi Şurasının iyunun 26-da sanksiya siyahısında apardığı islahatlara uyğun olaraq, atılır.