Kerri nüvə müzakirələrində irəliləyişin olduğunu bildirib
https://azeri.sahartv.ir/news/dünya-i195415-kerri_nüvə_müzakirələrində_irəliləyişin_olduğunu_bildirib
ABŞ dövlət katibi İran və Altılıq qrupu arasında İran İslam Respublikasının nüvə proqramı barəsində nüvə müzakirələrində irəliləyişin olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2015 04:36 Asia/Baku
  • Kerri nüvə müzakirələrində irəliləyişin olduğunu bildirib
    Kerri nüvə müzakirələrində irəliləyişin olduğunu bildirib

ABŞ dövlət katibi İran və Altılıq qrupu arasında İran İslam Respublikasının nüvə proqramı barəsində nüvə müzakirələrində irəliləyişin olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadlı məlumatına görə, ABŞ dövlət katibi Con Kerri ötən çərşənbə günü Vyanada nüvə müzakirələrindən sonrakı istirahət vaxtı bildirib: Çox ağır şəkildə çalışırıq və qarşıda çox çətin mövzular vardır. Lakin inanırıq ki, irəliləyirik və elə buna görə işi davam etdirmək niyyətindəyik.
İran və 5+1 Qrupu (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya) nümayəndələri İranın nüvə proqramı üzərində yekun anlaşmanın əldə olunması üçün məsləhətləşmələr aparırlar.
İki tərəf iyununun sonuna qədər olan müddəti bir həftə müddətinə uzadıb ki, bu müzakirələri yekunlaşdıra bilsinlər.
Nüvə müzakirələrinin sonu üçün yeni təyin olunan müddət 7 iyuldur.
Bundan öncə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, müzakirələr irəliləməkdədir.
Zərif əlavə edib: Biz irəliləməkdəyik və bu irəliləmə davam edəcək. Biz müzakirələrdə irəliləyişin əldə olunması üçün hər bir fürsətdən istifadə edəcəyik.