Ukraynanın şərqində toqquşmalar davam edir
https://azeri.sahartv.ir/news/dünya-i195519-ukraynanın_şərqində_toqquşmalar_davam_edir
Ukrayna ordusu ilə hökumətə müxalif qüvvələr arasında Donbasda gedən döyüşlər ən azı 3 nəfərin ölməsi və yaralanması ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2015 19:30 Asia/Baku
  • Ukraynanın şərqində toqquşmalar davam edir
    Ukraynanın şərqində toqquşmalar davam edir

Ukrayna ordusu ilə hökumətə müxalif qüvvələr arasında Donbasda gedən döyüşlər ən azı 3 nəfərin ölməsi və yaralanması ilə nəticələnib.

Səhər Beynəlxalq Televiziyasının İnterFAx-a istinadla verdiyi məlumata görə, Ukrayna ordusu sözçüsü Andrey Lısenko şənbə günü Kiyevdə keçirdiyi mətubat konfransında deyib: Bu qüvvələrin Ukraynın şərqindəki bölgədə keçirdiyi xüsusi əməliyyatda Ukrayna ordusunun bir üzvü həlak olub, iki nəfər də yaralanıb.
2014-cü ilin aprel ayından başlanan Ukraynanın şərqindəki toqquşmalar nəticəsində 20 mindən çox ev və yüzlərlə ictimai obyekt dağılıb və qeyri-hərbi infrastrukturlara ağır xəsarətlər dəyib.
BMT verdiyi hesabatda Ukraynanın şərqində 1 milyon 23 min nəfərin didərgin düşdüyünü bildirib.
Ukraynanın hazırkı siyasi səhnəsində də prezident Pyotr Poroşenko çərşənbə günü prezidentin başçılarını təyin etdiyi bölgə şuralarının ləğv edilməsi və bir sıra digər məsələləri özündə ehtiva edən konstitusiyanın islahı layihəsini parlamentə təqdim edib.