ABŞ-ın Merilend ştatında silahlı insidentdə 3 nəfər həlak olub
İyul 08, 2015 17:48 Asia/Baku
-
ABŞ-ın Merilend ştatında silahlı insidentdə 3 nəfər həlak olub
ABŞ rəsmiləri Merilenddə universitet yaxınlığında baş verən silahlı insidentin 3 nəfərin ölümü ilə nəticələndiyini bildiriblər.
Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Merilend ştat polisləri çərşənbə günü Merilend universitetinin həyətində silahlı insident barəsində araşdırma aparırlar.ABŞ polis rəsmiləri bu hadisədə 3 nəfərin həlak olduğunu təsdiqləyiblər.
Polis rəsmilərinin bildirdiyinə görə, silahlı şəxslər iki avtomobillə ötən gecə Merilend Universitetinin yaxınlığında atəş açmağa başlayıblar. Hələlik hadisəni törədənlərin kimliyi müəyyənləşməyib.
Odlu silahla insidentlər nəticəsində Amerikada ildə minlərlə insan həlak olur.