İngiltərədə sərt planlara qarşı aksiyalar keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i195681-İngiltərədə_sərt_planlara_qarşı_aksiyalar_keçirilib
İngiltərə xalqı bu ölkə dövlətinin sərt planlarına qarşı etirazda aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2015 06:26 Asia/Baku
  • İngiltərədə sərt planlara qarşı aksiyalar keçirilib
    İngiltərədə sərt planlara qarşı aksiyalar keçirilib

İngiltərə xalqı bu ölkə dövlətinin sərt planlarına qarşı etirazda aksiya keçirib.

Frans-Press-in məlumatına görə, İngiltərə xalqının London, Mançester və Nyu-Kasel daxil olmaqla 40 şəhərdə keçirilən dünənki aksiyasında aksiyaçılar bu ölkə dövlətinin sərt planlarına qarşı şüarlar veriblər.
Bu məlumata görə, London aksiyasında etirazçılar İngiltərə parlamenti qarşısına toplaşıblar.
Etirazçılar bildiriblər ki, sərt tədbirlər başlıca olaraq, cəmiyyətin tez zərər çəkən təbəqəsini hədəfə alıbdır.
Son bir neçə ayda bütün İngiltərə boyu oxşar aksiyalar keçirilib. Onların birində, iyunun 20-də on minlərlə etirazçı aksiya keçirib.
İngiltərənin maliyyə naziri dünən ümumi xərclərin azaldılmasını əhatə edən ölkənin sərt iqtisadi addımlar büdcəsini bu ölkə parlamentinə təqdim edib. Yeni büdcədə ingilis ailələrin sosial məziyyətləri azalıbdır.