İranın nüvə müzakirələri ən çətin etapa daxil olub
İyul 09, 2015 13:20 Asia/Baku
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, İran ilə altılıq qrupunun nüvə müzakirələri ən çətin etapa daxil olub.
Röyters-in verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu gün bu ölkənin Ufa şəhərində keçirilən BRİKS(BRİCS) ölkələrinin sammiti kənarında müxbirlərə deyib: İran ilə 5+1 qrupu arasındakı nüvə müzakirələri özünün ən çətin etapına daxil olub, lakin bütün müzakirə tərəfləri Tehranın təqdim etdiyi yeni təkliflər üzərində işləməklə məşğuldurlar.Ryabkov əlavə edib: Bu müzakirələr zirvəni fəth etmək istiqamətində alpinizmə bənzəyir; yolun 95 faizi arxada qalıb və təkmilləşib, lakin hələ bir neçə addım qalıbdır. Zirvəni fəth etmək üçün ən çətin mərhələ sayılan zirvəyə bir neçə metr qalıb.
İran ilə 5+1 qrupu 2015-ci il 30 iyun möhlətinədək əhatəli razılaşmaya çata bilməyiblər və iki müzakirə tərəfi nüvə müzakirələrini əvvəlcə yeddi gün, yəni iyulun yeddisinədək, sonra isə iyulun onunadək uzadıb.