Məhkəmənin qərarı ilə Ərdoğanın Sultanlıq sarayı sökülür
https://azeri.sahartv.ir/news/dünya-i195728-məhkəmənin_qərarı_ilə_Ərdoğanın_sultanlıq_sarayı_sökülür
Danıştay İnzibati Məhkəmə Kollegiyaları Kabineti "Ağ Saray"ın inşa edildiyi sahəni "Şəhərlə Əlaqədar Dəyişiklik və İnkişaf Layihə Sahəsi" elan edən Nazirlər Kabinetinin qərarına qarşı etirazları haqlı sayıb və qərarın icrasını dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2015 05:03 Asia/Baku
  • Məhkəmənin qərarı ilə Ərdoğanın Sultanlıq sarayı sökülür
    Məhkəmənin qərarı ilə Ərdoğanın Sultanlıq sarayı sökülür

Danıştay İnzibati Məhkəmə Kollegiyaları Kabineti "Ağ Saray"ın inşa edildiyi sahəni "Şəhərlə Əlaqədar Dəyişiklik və İnkişaf Layihə Sahəsi" elan edən Nazirlər Kabinetinin qərarına qarşı etirazları haqlı sayıb və qərarın icrasını dayandırıb.

FaktXəbər-in məlumatına görə, Memarlar İttifaqının Ankara Şöbəsi qərardan şikayət vermişdi və Türkiyənin araşdırma, məsləhət və qərar orqanı olan Daniştay Memarlar İttifaqını haqlı hesab edib. Danıştay "Ağ Saray"ın qanunsuz tikili olduğu haqda qərar çıxarıb.

Sözügedən qərar barədə danışan Memarlar İttifaqı Ankara şöbəsinin sədri Tezcan Karakuş Candan belə deyib: “Saray təcili şəkildə boşaldılmalıdır. Prezident Sarayı Çankayaya köçürülməlidir. Bu ölkədə hüquq yenidən dirçələcəksə, əvvəl hamının gözü qarşısında törədilən bu qanunsuzluğa son qolulmalıdır. Qanunsuz tikilən saray dərhal sökülməli, qanunsuzluq sona çatmalıdır. Lehimizə çıxan hər qərar bu ölkə rəhbərliyinin hüquqsuzluğunun altından qalın bir xətt çəkir. Qaçaq sarayın qaçacaq yeri qalmadı, əmr böyük yerdən gəlib. Hər kəs qanunlara uyğun davranmalıdır. Əks halda, ölkəmizə demokratiya gəlməz”.

Qeyd edək ki, bir çox Qərb mediası Ərdoğanın bu sarayını "Sultanlıq sarayı" adlandırırır və onun Osmanlı İmperiyasını yenidən qurmağa həvəsləndiyini yazırdı.

Prezident Tayyib Ərdoğanın Türkiyə üçün bir "ehtiyac" kimi səciyyələndirdiyi 500 milyon dollarlıq "Ağ Saray"ın aylıq elektrik xərci 275 min dollardır.