İran və Altılıq qrupu arasında nüvə anlaşması mümkündür
İyul 12, 2015 13:33 Asia/Baku
ABŞ Dövlət Departamentinin sabiq müşaviri İran və 5+1 Qrupu arasında nüvə anlaşmasını mümkün adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ABŞ Dövlət Departamentinin sabiq müşaviri Suzan Meloni Tehranda çıxan Cavan qəzetinin bugünkü sayı ilə müsahibədə deyib: ABŞ rəsmiləri İranın regional proseslərdəki rolu və təsiri və İranla anlaşmanın əhəmiyyətini dərk edirlər.ABŞ Dövlət Departamentinin sabiq müşaviri əlavə edib: İran və Altılıq qrupu arasında nüvə müzakirələrində yekun anlaşma ilə Avropa ölkəlkəri, hətta Amerika arasında geniş əlaqələr formalaşacaq.
Meloninin sözlərinə görə, digər ölkələr də İranda investisiya yatırmaq imkanına malik olacaqlar. Nəticədə iranlılar da daha yaxşı fürsətlər əldə edəcəklər ki, dünya ilə beynəlxalq banklarla əlaqələr kiimi yaxşı ticarət əlaqələri qura bilsinlər.