İyul 12, 2015 18:28 Asia/Baku
  • ABŞ-da silahlı insident
    ABŞ-da silahlı insident

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində ayrı-ayrılıqda iki silahlı insidentdə ən azı 3 nəfər ölüb və yaralanıb.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, ABŞ polisi şənbə günü bildirib: Baltimorda silahlı insidentdə 40 yaşlı bir kişi ölüb. Baltimorda baş verən başqa bir silahlı insidentdə isə 48 yaşlı bir qadın və 25 yaşlı bir kişi yaralanıb. Onların vəziyyəti nisbi ağırdır.
Aprel ayında Baltimorda bir qaradərili gəncin qətlə yetirilməsi ABŞ-da polis irqçiliyinə qarşı irimiqyaslı etirazlara səbəb oldu.
Rəsmi statistikalara görə, 2015-ci ilin yanvarından indiyə qədər ABŞ-da silahlı insident nəticəsində ən azı 5000 nəfər həlak olub, 10 mindən çox nəfər yaralanıb.

Teqlər