İyul 13, 2015 12:12 Asia/Baku
  • Avrozonaya daxil olan dövlətlər Yunanıstanı avrozonada saxlamaq qərarına gəliblər
    Avrozonaya daxil olan dövlətlər Yunanıstanı avrozonada saxlamaq qərarına gəliblər

Avrozonaya daxil olan dövlətlərin iyulun 12-də keçirilən zirvə toplantısında Yunanıstan hökumətinin kreditorlar qarşısında öhdəlikləri yerinə yetirmək barədə vədinin əvəzində bu ölkəni avrozonada saxlamaq qərara alınıb.

Səhər kanalının TASS xəbər agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə görüşdə iştirak edən mənbə bildirib.
Mənbə deyib ki, toplantıda Yunanıstana üçüncü yardım paketinin təqdim olunmasına dair razılığa gəlinib. Bunun əvəzində Aleksis Tsipras hökuməti iyulun 14-nə qədər parlamentdə Avropa İttifaqı ilə razılaşdırılmış 6 qanun layihəsini qəbul etməlidir. Söhbət özəlləşdirmə, təqaüd və vergi islahatları, o cümlədən ƏDV sisteminə yenidən baxılmasından gedir. Üç illik kreditləşmə proqramı iyulun 15-də Avroqrupun növbəti görüşündə təsdiqlənməlidir. İlkin məlumata görə, Afinaya veriləcək kreditin ümumi həcmi 90 milyard dollar olacaq.

Teqlər