Putin və Obama nüvə müzakirələrinin nəticəsini yüksək qiymətləndiriblər
İyul 16, 2015 09:18 Asia/Baku
Rusiya və ABŞ prezidentləri telefon söhbətində İran və Altılıq qrupu arasında nüvə müzakirələrinin nəticəsini yüksək qiymətləndiriblər.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, bu telefon söhbətində Vladimir Putin və Barak Obama xatırladıblar ki, İranın nüvə məsələsinin həlli istiqamətində diplomatik həll yolunun tapılması üçün İran və 5+1 qrupuna üzv ölkələr və Avropa Birliyinin konstruktiv əməkdaşlığı ilə neçə illik səylərin uğur qazanması ilə mümkün oldu.İki tərəf həmçinin bildiriblər ki, İranın nüvə proqramı barəsində yekun anlaşma beynəlxalq ictimaiyyətin mənafeyi istiqamətindədir və nüvə silahlarının yayılması qadağası üzrə sistemin möhkəmlənməsi və Yaxın Şərqdə gərginliyin azalmasına kömək edir.
İran və 5+1 qrupu çərşənbə axşamı 14 iyulda İranın nüvə proqramı barədə 12 il müzakirədən sonra Vyanada razılığa gəldilər və Müştərək Təşəbbüs Proqramını təsdiqlədilər.