Hamond və Netanyahunun nüvə razılaşması haqda fərqli fikirləri
İyul 17, 2015 09:12 Asia/Baku
İngiltərənin xarici işlər naziri və sionist rejimin baş nazirinin işğal olunmuş Fələstindəki mətbuat konfransı münaqişəyə gətirib çıxarıb.
BBC-nin məlumatına görə, İngiltərənin xarici işlər naziri Filipp Hamond dünən Təl-Əvivdə sionist rejimin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında İran ilə nüvə müzakirələrinin nəticəyə çatması və müştərək Vyana bəyannaməsini müdafiə, amma Netanyahu onu rədd edib.Hamond deyib: Əgər dünya qüdrətləri İranın nüvə fəaliyyətlərinə yaxşı nəzarət edə biləcəklərinə əmin olmasaydılar, Vyanadakı son razılaşmanı qəbul etməzdilər.
Sionist rejimin baş naziri Benyamin Netanyahu isə əsəbiliklə deyib: İsrail 5+1 ölkələrinin İranla razılaşmasını tarixi səhv hesab edir.
Benyamin Netanyahu Təl-Əvivin Suriyada terrorçuları və Ərəbistanın Yəmənə qarşı hücumlarını dəstəkləməsinə işarə etmədən deyib: Son razılaşmada İranın regiondakı siyasətlərinin bəhs edilməməsi təəccüblüdür.
Sionist rejimin baş naziri Vyanada nüvə müzakirələrinin nəticəyə çatmasından öncə bu müzakirələrin uğursuz qalması üçün əlindən gələni əsirgəmədi, amma elə ilk addımda ağır məğlubiyyətə uğradı.
İran və Altılıq qrupu on səkkiz gün sıx müzakirədən sonra nəhayət 2015-ci il iyulun 14-də müştərək Vyana bəyannaməsi əldə edərək, İranın nüvə məsələsi ilə bağlı 12 illik saxta böhrana son qoydular.