İyul 19, 2015 14:06 Asia/Baku
  • Kerrinin etirafı: İran sanksiyalar qarşısında dözümlüdür
    Kerrinin etirafı: İran sanksiyalar qarşısında dözümlüdür

ABŞ dövlət katibi İranın sanksiyalar qarşısında davamlı olduğunu etiraf edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ dövlət katibi Con Kerri PBS kanalı ilə müsahibədə Vyanada İran və 5+1 qrupu arasında əldə olunan hərtərəfli müştərək addım proqramı ilə müxalif olan yerli tənqidçilər və sionist rejimi tənqid edərək, deyib: Hərtərəfli müştərək addım proqramı ilə bağlı Vyanada İran ilə əldə olunan anlaşma ilə müxalif olanlar heç bir yaxşı təklif irəli sürmədən, sadəcə tənqid edirlər. Əldə olunmuş anlaşmadan daha yaxşısına nail olmağın mümkün olduğunu təsəvvür edənlər əslində reallıqları görə bilmirlər.
Con Kerri daha sonra İsrail rejiminin baş naziri Benyamin Netanyahunun nüvə müzakirələri ilə bağlı mövqeyini xüsusi vurğu ilə tənqid edib və deyib: Hazırda digər şəxslər tərəfindən hansısa təklif irəli sürülməyib və deyirlər ki, nə üçün siz İranı sanksiyalar vasitəsilə zəiflətmirsiniz? Amma, onlara demək lazımdır ki, bunun səbəbi İran İslam Respublikasını sanksiyalar yolu ilə zəiflətməyin mümkün olmamasıdır. Çünki, daha öncə bu metod sınaqdan keçirilib və uğursuz olub.
ABŞ dövlət katibi daha sonra deyib: Vaşinqtonun sərt mövqedən çıxış etməsi və güzəştə getməkdən çəkinməsi sanksiyalar məsələsində ABŞ-ı himayə edən ölkələrin itirilməsi mənasında olacaq. Belə ki, bu ölkələr İranın məntiqli bir anlaşma ardınca olduğunu gördükləri zaman, artıq Vaşinqton ilə əməkdaşlıqdan imtina edəcəklər.
Con Kerri PBS kanalı ilə müsahibəsinin davamında daha yaxşı anlaşmanın əldə edilməsinin mümkün olması ilə bağlı bir çox fantaziyaların olduğuna işarə edib və deyib: Reallıq bundan ibarətdir ki, 4 ildən sonra Rusiya, Fransa, Çin, Almaniya, İngiltərə və İranın əməkdaşlığı ilə nəhayət ki, nüvə müzakirələrində yekun bir nəticə əldə edilib və bu heç də asan iş olmayıb.
İsrail rejimi bir neçə ay öncədən Amerikada respublikaçıları səfərbər etmək yolu ilə İran və 5+1 qrupu arasında anlaşmanın əldə olunmasına mane olmağa çalışır.

Teqlər