İyul 20, 2015 10:03 Asia/Baku
  • AİPAC-ın nüvə anlaşması əleyhinə əbəs səyləri
    AİPAC-ın nüvə anlaşması əleyhinə əbəs səyləri

Dünya ictimaiyyətinin İran və 5+1 qrupu arasında aparılan nüvə müzakirələrində əldə olunan yekun nəticəni müsbət qarşıladığı bir vaxtda, AİPAC müzakirələrə qarşı bir neçə milyon dollarlıq media təbliğatına başlayıb.

Təsnim xəbər agentliyinin məlumatına görə, Amerika İsrail İctimai Əlaqələr Komitəsi(AİPAC) ABŞ Konqresində sionist rejim üçün lobbiçilik fəaliyyəti ilə məşğul olan əsas tərəf kimi yeni bir kampaniya başladıb. Bu kampaniyada məqsəd amerikalı qanunvericiləri İran ilə nüvə anlaşmasının əleyhinə səs verməyə qane etməkdir.
Sionist rejimin bu lobbiçi təşkilatı son günlər Amerikada nüvə anlaşması əleyhinə bir neçə milyon dollarlıq media kampaniyası başladıb.
İsrail rejiminin Amerikadakı səfiri Ran Demr son günlər dəfələrlə ABŞ Konqresinin üzvləri ilə görüşərək, onları İran ilə nüvə anlaşmasının tarixi bir səhv olduğuna inandırmağa çalışır.
ABŞ prezidenti Barak Obama isə İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrinin yekun nəticəsini ciddi formada himayə və xəbərdarlıq edib ki, Konqresin İran ilə nüvə anlaşmasının icrası əleyhinə yönələn istənilən addımını veto edəcək.
İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrinin yekun nəticəsinin elan edilməsinin ardınca İsrail rejimi son dərəcə ciddi nigaranlığa düçar olub.

Teqlər