İyul 23, 2015 13:44 Asia/Baku
  • İran və Avropanın iqtisadi əməkdaşlıqlarında yeni əsr
    İran və Avropanın iqtisadi əməkdaşlıqlarında yeni əsr

İran və 5+1 qrupunun nüvə müzakirələrinin uğurla başa çatmasından sonra Yaşıl Qitədən yüksək səviyyəli ilk heyət olaraq Almaniynanın böyük iqtisadi heyətinin İrana səfəri ilə sanksiyalar dövründən sonra İran və Avropanın iqtisadi əməkdaşlıqlarında yeni əsr başlandı.

kanslerin əvəzi və iqtisadi və energetika naziri Ziqmar Qabrielin başçılığı ilə 60 nəfərlik Almaniya heyəti siyasət, ticarət və iqtisadiyyat münasibətlərini genişləndirmək üçün ötən bazar günü Tehrana daxil oldu və İranın yüksək səviyyəli rəsmiləri ilə iqtisadi əməkdaşlıqların genişləndirilməsi barədə fikir mübadiləsi apardı.
Bu səfər ardınca, İsveçrə xarici işlər nazirinin əvəzi İv Rosye də ötən gün bir heyətin müşayiəti ilə Tehrana daxil oldu və bir qrup İran rəsmisi ilə ikitərəfli əməkdaşlıqlar barədə danışıqlar apardı.
İsveçrə xarici işlər nazirinin əvəzi İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdə İran və 5+1 qrupunun nüvə müzakirələrinin yekununa toxunaraq İran və İsveçrənin ikitərəfli, regional və beynəlxalq sahələrdə əməkdaşlıqlarının genişləndirilməsini istəyib.
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti də İsveçrə xarici işlər nazirinin əvəzi ilə görüşdə Avropa ölkələri, o cümlədən İsveçrənin regional məsələlərin həllində konstruktiv rolu oynaya biləcəklərini bildirərək deyib: Suriya, Yəmən və Liviyadakı mövcud böhranlar və terrorizm beynəlxalq problemdir və bütün dünya ölkələri, xüsusilə də onu yaradanlar və onu dəstəkləyənlər üçün təhlükəlidir.
İran İslam Respublikası Prezident Aparatının rəhbəri Məhəmməd Nəhavəndian da İsveçrə xarici işlər nazirinin əvəzi İv Rosye ilə görüşdə deyib: Bir çox qərb ölkəsi bu qənaətə gəliblər ki, İranın nüvə proqramı ilə bağlı qeyri-zəruri süni böhran onların İranda yüksək iqtisadi potensiallardan faydalanmasına böyük maneə olmuşdur. İran və Altılıq qrupunun nüvə anlaşması İran qapılarını Avropa ölkələrinin yüksək səviyyəli rəsmilərinin üzünə açıb.
İranın nüvə müzakirə komandasının baş üzvü Seyid Abbas İraqçı isə gələn həftə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini və Fransa xarici işlər naziri Loran Fabiusun Tehrana səfər edəcəyini bildirib.
Avstriya xarici işlər naziri Sebastian Kortez də deyib: Sentyabr ayında bu ölkə prezidenti ilə birlikdə İrana yollanacaq.
İspaniyanın Tehrandakı səfiri Peres Biyena çərşənbə günü bildirib ki, ölkəsinin yüksək səviyyəli ticarət heyəti ikitərəfli əməkdaşlıqların genişləndirilməsi çərçivəsində tezliklə İrana gələcək.
Vyana nüvə müzakirələrinin uğuru və sanksiyaların ləğvi üçün geri sayımın başlanmasından sonra yaranmış yeni atmosferi nəzərə alaraq İranın ticarət şəriklərinn çevrəsi genişlənməkdədir.
Tezliklə Fransa və İngiltərədən heyətlər müzakirə üçün İrana gəlməlidirlər.
Avropalılar həmişə etibarlı investisiya yatırmaq və İranın müxtəlif iqtisadi və ticarət potensiallarından istifadə etmək ardınca olmuşlar. Görünür Vyana anlaşmasından sonra itirilmiş fürsətlərin əvəzini çıxmaq üçün iqtisadi əməkdaşlıqların yeni əsrinə şərait yaranmışdır.

Teqlər